"TikTok"dan türk istifadəçilərə bəd xəbər: 700 min hesab oğurlandı

"TikTok"dan türk istifadəçilərə bəd xəbər: 700 min hesab oğurlandı
DÜNYA
13:08 20.07.2023
347
Türkiyədəki istifadəçilər "TikTok"dan bəd xəbər alıblar.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, aprel ayında 700 min türk vətəndaşın hesabı oğurlanıb.

Belə ki, ABŞ-Çin rəqabəti səbəbindən böyük təhlükəsizlik müzakirələrinin mərkəzində olan "TikTok" Türkiyədə ən çox istifadə edilən sosial media platformalarından biridir.
 
Bu ilin aprel ayında Türkiyədə 700 min TikTok hesabı oğurlanıb. Həmçinin sistemdəki zəifliyin ötən il "TikTok"un təhlükəsizlik direktoru Kim Albarellaya bildirildiyi iddia edilsə də, "TikTok" heç bir addım atmayıb.
 
"TikTok" tərəfindən göndərilən birdəfəlik parolların üçüncü şəxslər tərəfindən görülə biləcəyi iddia edilib.
 
İngiltərədə yerləşən kəşfiyyat şirkəti GCHQ məsələ ilə bağlı Çinin sosial media şirkətini məlumatlandırıb.

Hücumların Türkiyədə seçkilərdən əvvəl baş verməsi də onların qəsdən edildiyi iddialarına səbəb olub. 2023-cü ilin aprelində baş verən hücumun "TikTok"da ən böyük təhlükəsizlik zəifliyi olduğu bildirilib.

Həmçinin vurğulanıb ki, daha əvvəl platformada bu kimi hesab oğurluğu hadisəsi olmayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR