Tiktoker ev dustaqlığına buraxıldı

Tiktoker ev dustaqlığına buraxıldı
SOSİAL
17:19 14.07.2025
334

"TikTok” əməliyyatı zamanı saxlanılan daha bir nəfər ev dustaqlığına buraxılıb.

AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Rəşad Abdullayevin apellyasiya şikayətinə baxılıb və məhkəmə qərar qəbul edib.

Qərara əsasən, təqsirləndirilən şəxsin vəsatəti təmin edilib və onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə dəyildirilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində tiktoker, aparıcı Azər Zahid, köməkçisi Rövşən Tahirov, Emin və Rəşad Abdullayev qardaşlarına qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.

Onlar Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinirlər.
Adları qeyd edilən bütün şəxslər hazırda istintaq dövrü ərzində ev dustaqlığındadırlar.
OXŞAR XƏBƏRLƏR