Tiktoker qardaşlar da həbs olundu

SOSİAL
20:23 25.12.2024
564
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilən "TikTok” əməliyyatlarında saxlanılan şəxslərdən 4-ü həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

İstintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR