"Tiktok"un məşhur ulduzu faciəvi şəkildə öldü - FOTOLAR

MARAQLI
12:17 30.03.2021
1127
"TikTok" platformasının fenomenlərindən biri olan Rocelle Hager qəza nəticəsində faciəvi şəkildə ölüb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Rouerboat3" adı ilə TikTok platformasında çox sayda pərəstişkar qazanan gənc fenomenin ölüm xəbəri sosial mediada böyük üzüntü ilə qarşılanıb.
 
Farmington polisinin verdiyi məlumata görə, şam ağacının böyük bir budağı Roenin hərəkətdə olan avtomobilinin sürücü olan hissəsinə düşüb. Budaq yıxılarkən elektrik xətlərini və elektrik dirəyini də avtomobilin üzərinə atıb.

Özünü qısaca Roe adlandıran gənc sosial media ulduzu TikTok-da tez-tez yayımladığı məzmunlarla ilə diqqət çəkirdi.
 
Onun ölüm xəbərini dostu Brittanie Lynn verib. Dostlar birlikdə uğurlu videolar çəkərək çox sayda pərəstişkar qazanmışdı. Roe və Brittianie daha çox duetləri ilə məşhur idilər.
 
Aydın Nuri
 


OXŞAR XƏBƏRLƏR