"Titanik" turu zamanı turistlərin yaşadığı fəlakətlə bağlı qandonduran MƏQAMLAR

"Titanik" turu zamanı turistlərin yaşadığı fəlakətlə bağlı qandonduran MƏQAMLAR
DÜNYA
14:01 24.06.2023
1632
Xəbər verdiyimiz kimi, ABŞ Sahil Mühafizəsi "Titanik”i görmək istəyərkən itkin düşən 5 nəfərin həyatını itirdiyini açıqlayıb.

Məlumata görə, təxminən 96 saat oksigen tədarükü ilə yola çıxan və səyahət müddəti 2,5 saat olacağı təxmin edilən sualtı qayıqla dalışdan 1 saat 45 dəqiqə sonra əlaqə kəsilib. 

Hadisə nəticəsində qayığın içində olan 58 yaşlı britaniyalı milyarder Hamiş Hardinq, 77 yaşlı fransız kəşfiyyatçı Pol-Henri Nargeolet, "OceanGate Expeditions” şirkətinin baş direktoru və qurucusu Stockton Ruş, 48 yaşlı Pakistan əsilli ingilis iş adamı Şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman ölüb.

İddialara görə, "Titanik" gəmisinin qalıqlarına səyahət zamanı itən və qalıqlarının bəzi hissələrinə çatılan "Titan" sualtı qayığının sahibi, "OceanGate" şirkətinin baş direktoru Stockton Ruş ona edilən sualtı qayığın təhlükəsizliyi ilə bağlı xəbərdarlıqları vaxtilə rədd edib. 

AZXEBER.COM xəbər verir ki, BBC-nin əldə etdiyi məlumata görə, kinorejissor Rob McCallum Stockton Ruşa sualtı qayığı müstəqil bir agentlik tərəfindən yoxlanılana qədər onun istismarını dayandırmağı tövsiyə edərək, bunun "müştərilərini iskə atacağını" xəbərdar edib.

Yazışmalarında McCallum Ruşa deyib: "Xahiş edirəm, hər cür diqqətli olun. Yeniliyi nə qədər yüksək qiymətləndirsəm də, siz potensial olaraq bütün sənayeni riskə atırsınız. Sınaqlar nəqliyyat vasitəsinin (Titan) sualtı səyahət edib-edə biləcəyini müəyyən edəcək”. 

"OceanGate-in” qurucusu Ruş cavab mesajlarında deyib: "Biz çox tez-tez '”birini öldürəcəksən” əsassız iddialarını eşitmişik. Mən bunu təhqir kimi qəbul edirəm”

McCallum BBC-yə bildirib ki, yazışmalar OceanGate-in vəkillərinin məhkəmə ilə hədələməsindən sonra başa çatıb.

Titanik filminin rejissoru Ceyms Kemeron da daha əvvəl Titan sualtı gəmisinin sahibi OceanGate-ə risklər barədə xəbərdarlıq etdiyini açıqlayıb.

Kameron qeyd edib ki, o, firmaya məktub yazaraq fəlakət yolunda olduqlarını bildirib.

Daha əvvəl 33 dəfə "Titanik”in dağıntıları altına enən Kemeron sualtı qayıqla əlaqənin kəsildiyini öyrənincə ola biləcək bir fəlakətdən şübhələndiyini ifadə edərək, "Ağılıma ilk gələn partlayış oldu”, - deyə bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR