“Titanik”i görmək istəyən turistlərin axtarışı davam edir: artıq oksigenləri tükənir

“Titanik”i görmək istəyən turistlərin axtarışı davam edir: artıq oksigenləri tükənir
DÜNYA
12:12 22.06.2023
206
"Titanik"in qəzasını görmək üçün 250 min dollar ödəyib, kiçik bir vasitə ilə 12 min fut dərinliyə enən turistlər son səviyyəyə daxil olublar.

AZXEBER.COM xəbər verir ki, dünyanın ən məşhur gəmilərindən biri kimi tanınan və 1912-ci ildə yüzlərlə insanın həyatını itirdiyi "Titanik” gəmisinin qəzasını görmək üçün təşkil edilən turistik tur fəlakətində ümidlər hər dəqiqə azalır.

Sərnişin başına 250.000 dollar ödəyən "OceanGate Expeditions” həftə sonu "Titanik” gəmisinin dağıntılarına batan vasitə ilə əlaqənin kəsildiyini, Titan adlı sualtı gəminin sərnişinləri və heyətinin yoxa çıxdığını açıqlayıb.

Bazar günündən bəri intensiv axtarış və xilasetmə işləri davam etsə də, komandalar hələ də onların yerini dəqiq müəyyən edə bilməyiblər.

Səlahiyyətlilər xilasetmə işlərini davam etdirərkən, gəmidəki oksigenin bitəcəyini açıqlayıb. ABŞ Sahil Mühafizə Qrupları da oksigenin nə vaxt tükənəcəyini açıq şəkildə elan ediblər.

Rəsmi açıqlamaya görə, Titandakı oksigenin saat 15:08-də bitəcəyi bildirilib. Bu bəyanatla ümidlər tükənsə də, ABŞ rəsmiləri də axtarış-xilasetmə işlərinin tam sürətlə davam etdiyini vurğulayıblar.

Ayşən
OXŞAR XƏBƏRLƏR