Pik saatlarında iki böyük prospektin nəqliyyat yükünü azaltmaq üçün onlara paralel tikilən yolda işlər tamamlanmaq üzrədir.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Həsən Əliyev küçəsi - ''Koroğlu'' metrostansiyası avtomobil yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib.
Dövlət Proqramına əsasən, avtomobil yolunun Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malikdir. Bundan əlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.
Avtomobil yolunda ümumi uzunluğu 2 min metrdən çox olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası da nəzərdə tutulur. Hansı ki, bunlardan da bir neçəsinin tikintisi yekunlaşıb.
Layihə çərçivəsində bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işləri davam etdirilir. Hazırda "Ulduz" metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində də işlər görülür. Tikinti-quraşdırma işlərinin nəzərdə tutulan müddətdə başa çatdırılması planlaşdırılır.











































