"Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin (PHŞ) icraçı direktoru Tofiq İslamov vəzifəsindən azad olunub.
AZXEBER.COM "Qaynarinfo"ya istinadla xəbər verir ki, bu vəzifəyə Rafiq Bakir oğlu Salmanov gətirilib.
Qeyd edək ki, Tofiq İslamov 2024-cü ilin sentyabr ayından Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorun vəzifələrini icra edirdi. O, bir sıra şirkətlərin rəhbəri vəzifəsində çalışıb.