Tofiq Musayev UFC turnirində məğlub olub

Tofiq Musayev UFC turnirində məğlub olub
İDMAN
00:41 22.06.2025
667

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Azərbaycan təmsilçisi Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə üz-üzə gəlib.

Yüngül çəkidəki qarşılaşma Musayevin məğlubiyyəti ilə bitib. O, ilk raundda rəqibinə təslim olub.

"UFC Fight Night”ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə qarşılaşacaq. Nazim Sadıxov braziliyalı Nikolas Mottaya qalib gəlib.

OXŞAR XƏBƏRLƏR