Tofiq Musayev zədələnib nokauta düşdü - VİDEO

İDMAN
10:18 11.03.2023
2622
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev "Bellator”da rusiyalı Aleksandr Şabliyə məğlub olub.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, yüngül çəkidə (70 kq) yarışan idmançı dünya Qran-prisinin 1/4 final mərhələsindəki döyüşdə qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni sona qədər davam etdirə bilməyib.

Görüşün üçüncü raundunda xəsarət alan 34 yaşlı idmançı texniki nokautla uduzub.

Bu Musayevin MMA karyerasındakı 25-ci duelində 5-ci məğlubiyyəti olub. ABŞ-nin San-Xose şəhərində keçirilən "Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır.
 

OXŞAR XƏBƏRLƏR