Dələduzluqda təqsirli bilinən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.
AZXEBER.COM-un məlumatına görə, Ali Məhkəmə bu gün yekun qərarını açıqlayıb.
Məhkəmə T.Yaqublu ilə bağlı əvvəlki qərarda qanun pozuntusu aşkar etməyib. Bu əsasla şikayət təmin edilməyib.
Qeyd edək ki, T.Yaqublu 2023-cü ilin dekabrında həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəmnəsinin hökmü ilə 9 il azadlıqdan məhrum olunub. Apellyasiya instansiyası hökmü dəyişdirmədən təsdiqləyib.











































