Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar olub.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, Prezidentlər Qazaxıstan və Türkiyə arasında strateji tərəfdaşlığın gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.
Ticarət-iqtisadi, investisiya, mədəni-humanitar əməkdaşlığın gücləndirilməsinə böyük diqqət yetirilib.
Qasım-Jomart Tokayev səmimi qəbula görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.
Öz növbəsində Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmağa hazır olduğunu təsdiqləyib.