Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil
DÜNYA
18:18 25.07.2026
749
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyulun 25-də Rusiya və Qazaxıstanın XXII Regionlararası Əməkdaşlıq Forumunda iştirak etməzdən əvvəl Omskda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Ukrayna-Rusiya münaqişəsinin dondurulması və İstanbul danışıqları formatına qayıdılması ehtimalını gündəmə gətirib.

AZXEBER.COM xəbər verir ki, Tokayev bildirib ki, ona Avropa və ABŞ-dan Ukrayna ilə Rusiya arasında mövcud vəziyyətlə bağlı çoxsaylı siqnallar daxil olur.

"Bilirsiniz, mənim fikrimcə, mən əvvəldən də demişəm ki, bu, dövlətlərarası münaqişədir. Bu, Krımda və ya başqa bir yerdə gedən hər hansı vətəndaş müharibəsi deyil. Biz həmişə Ukrayna xalqına, onun mədəniyyətinə və dilinə hörmətlə yanaşmışıq və hesab edirik ki, bu münaqişənin mahiyyəti bir çoxları, o cümlədən bizim üçün də tam aydın deyil", - Qazaxıstan Prezidenti vurğulayıb.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında uzun illər davam etmiş münaqişənin mahiyyəti və tarixi kökləri aydın olsa da, Ukrayna-Rusiya münaqişəsinin səbəblərini anlamaq daha çətindir.

Tokayev, həmçinin Vladimir Putinin Alyaskanın Ankoric şəhərində keçirilən görüş zamanı maksimum diplomatik çeviklik nümayiş etdirdiyini söyləyib.

"Bu, sadəcə mənim təvazökar fikrimdir. Ola bilsin ki, artıq bu münaqişəni dondurmağın və İstanbul formulu 2.0-a qayıtmağın vaxtıdır. Çünki orada əhəmiyyətli nəticələr əldə olunmuşdu. Daha sonra isə təbii ki, Rusiya da daxil olmaqla böyük dövlətlərin təminatları altında bu prosesi irəli aparmaq olar", - Tokayev əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH