Tokayevin Azərbaycana səfəri ölkəmizə nə vəd edir? - "İki ölkə arasındakı münasibətlərdə yeni səhifə açılacaq"

Tokayevin Azərbaycana səfəri ölkəmizə nə vəd edir? - "İki ölkə arasındakı münasibətlərdə yeni səhifə açılacaq"
SİYASƏT
17:05 12.03.2024
1598
Xəbər verdiyimiz kimi, martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana işgüzar səfər gəlib.
 
Qazaxıstan Respublikasının Prezidentini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.
 
Bu gün isə hər iki dövlət başçısı işğaldan azad edilmiş ərazilərə - Füzuliyə, daha sonra isə Şuşaya səfər ediblər.
 
Dövlət başçısı İlham Əliyevin Qazaxıstan Prezidentiylə görüşü və iki dövlət arasındakı fəal diplomatik əlaqələrin nəticəsi nəyi göstərir?
 
Sözügedən görüş dünyaya hansı anonsu verdi?
 
Məsələ ilə əlaqədar AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Azru Nağıyev bildirib ki, Qazaxıstan Böyük Vətən Müharibəsində Azərbaycana çox ciddi mənəvi, ideoloji dəstək olan qardaş dövlətlərdəndir:

 

"Məlumdur ki, Qazaxıstan Azərbaycanla çox mühüm strateji əhəmiyyətli tərəfdaş olan qardaş dövlətdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü və bu görüşün nəticəsi olaraq çox vacib sənədlərin imzalanması bir daha bizim həqiqətən də dost, qardaş dövlət olduğumuzu göstərdi. Həmçinin Böyük Vətən Müharibəsində Azərbaycana çox ciddi mənəvi, ideoloji dəstəyi olan dövlətlərdən biri idi. İşğaldan azad olunmuş ərazilərdə uşaq mərkəzinin yaradılması təşəbbüsünün məhz Qazaxıstan tərəfindən təklif olunması çox mühüm əhəmiyyət kəsb edir".
 
Deputat əlavə edib ki, hər iki ölkənin müsbət inkişaf dinamikasında dövlət şaçılarının xüsusi rolu var:
 
"İqtisadi məsələlərə gələndə isə Trans-Xəzər nəqliyyat dəhlizinin Qazaxıstan və Azərbaycanla birgə həyata keçirilməsi məsələsi gündəmdədir. Təbii ki, bizim qarşılıqlı fəaliyyətimiz var. Yüzlərlə Azərbaycan şirkəti Qazaxıstanda fəaliyyət göstərir. Qazaxıstan zəngin təbii ehtiyatlara malik olan bir dövlətdir. Bu dövlətdə də Azərbaycanın iqtisadi fəaliyyətinə böyük imkan var və bu istiqamətdə çox strateji addımlar atılır. Bir sözlə, hər iki ölkə arasındakı dostluq münasibətləri davam etdiriləcəkdir. Bu əlaqələrin həm iqtisadi, həm siyasi, həm də digər istiqamətlərdə inkişafı Azərbaycanın müstəqil xarici və daxili siyasətinin təzahürüdür. Düşünürəm ki, bu proseslərdə hər iki dövlətin başçısının bir-birinə olan dostluq münasibətinin də öz rolu var".
 
Qazaxıstan Prezidentinin Azərbaycana səfərini AZXEBER.COM-a şərh edən politoloq İlyas Hüseynov söyləyib ki, Tokayevin Azərbaycana gəlməsi hər iki ölkə arasında möhkəm və sıx əlaqələrin formalaşdığının göstəricisidir:

 

"Azərbaycan və Qazaxıstan arasında çox sıx və möhkəm münasibətlər mövcuddur və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana gəlməsi də bunu göstərir. Xüsusən də Vətən Müharibəsindən sonra Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı bir qədər də genişlənib, perspektivlər formalaşıb. Mərkəzi Asiya ölkələri yeni geosiyasi reallıqlar kontekstində Qərbə çıxış imkanı əldə edirlər. Orta Dəhliz, Trans-Xəzər boru kəməri, Zəngəzur dəhlizi hazırda müazakirə edilən layihələrdir. Enerji eləcə də nəqliyyat daşıyıcılığında Azərbaycanla Qazaxıstan arasında strateji münasibətlər formalaşıb".
 
Siyasi şərhçi açıqlamasında qeyd edib ki, Qazaxıstan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını dilə gətirərək buna tərəfdar çıxıb. 
 
"Xüsusilə vurğulamaq lazımdır ki, yeni geosiyasi reallıqlar kontekstində Qazaxıstan Azərbaycanın yenidənqurma və bərpa işlərinə böyük önəm verir. Bu xüsusda Qarabağda, Füzulidə Qurbanqazı adına uşaq yaradıcılıq və inkişaf mərkəzi də vurğulanmalıdır. Çünki Qazaxıstan Prezidentinin bundan öncə səfəri zamanı bu yaradıcılıq mərkəzinin təməli qoyuldu. Artıq budəfəki səfər çərçivəsində buranın açılşı baş tutdu. Bu da Qazaxıstanın Azərbaycana qələbə müstəvisində verdiyi bir töhfədir. Yaddan çıxartmayaq ki, Qazaxıstan həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını dəfələrlə söyləyib və buna tərəfdar çıxıb. Bütün bunlara görə də biz Qazaxıstan dövlətinin liderinə və xalqına öz minnətdarlığımızı bildiririk. Ümid edirəm ki, bu səfər ikitərəfli siyasi gündəliyin daha da genişlənməsinə və dərinləşməsinə səbəb olacaq. Ümumilikdə, iqtisadi və ticari sahədə də münasibətlərin inkişaf etdirilməsi üçün çox yaxşı potensial var. Bu səfər həm də iki ölkə arasındakı münasibətlər çərçivəsində yeni səhifənin açılmasına əhəmiyyət yaradacaq".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: Ukraynada vəziyyət nizamlanmağa doğru gedir
21:54 18.04.2025
Tramp: Ukraynada vəziyyət nizamlanmağa doğru gedir
Mingəçevirdə kişi atasının məzarı yanında yaralı halda tapıldı - VİDEO
21:52 18.04.2025
Mingəçevirdə kişi atasının məzarı yanında yaralı halda tapıldı - VİDEO
İtaliyada daşqın və torpaq sürüşməsi: Ölənlər var
21:45 18.04.2025
İtaliyada daşqın və torpaq sürüşməsi: Ölənlər var
Giriş məlumatlarınız oğurlana bilər - DVX vətəndaşlara XƏBƏRDARLIQ etdi
21:27 18.04.2025
Giriş məlumatlarınız oğurlana bilər - DVX vətəndaşlara XƏBƏRDARLIQ etdi
Boltun rekordunu qırdı
21:21 18.04.2025
Boltun rekordunu qırdı
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
21:16 18.04.2025
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - DİN-dən çağırış-Video
21:02 18.04.2025
Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - DİN-dən çağırış-Video
Rusiya vətəndaşlığı olmayan şəxslərə orduda xidmət etməyə icazə verə bilər
20:50 18.04.2025
Rusiya vətəndaşlığı olmayan şəxslərə orduda xidmət etməyə icazə verə bilər
"WhatsApp"dan yenilik
20:33 18.04.2025
"WhatsApp"dan yenilik
İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze" ərazisində həyata keçirilən layihələrlə tanış olublar- FOTOLAR
20:26 18.04.2025
İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze" ərazisində həyata keçirilən layihələrlə tanış olublar- FOTOLAR
Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib
20:15 18.04.2025
Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib
Rusiya və Ukrayna arasında meyit mübadiləsi baş tutub
19:57 18.04.2025
Rusiya və Ukrayna arasında meyit mübadiləsi baş tutub
Yəmənə endirilən zərbələr nəticəsində ölənlərin sayı 70-i ötüb
19:49 18.04.2025
Yəmənə endirilən zərbələr nəticəsində ölənlərin sayı 70-i ötüb
Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarılıb
19:37 18.04.2025
Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarılıb
Voytsex Şensnı "Barselona"nın əsas qapıçısı olmaqda davam edəcək
19:24 18.04.2025
Voytsex Şensnı "Barselona"nın əsas qapıçısı olmaqda davam edəcək
Putin İranın ali liderinə məktub göndərib
19:13 18.04.2025
Putin İranın ali liderinə məktub göndərib