Tokio-2020: Azərbaycan boksçusu 1/4 finala vəsiqə qazandı

Tokio-2020: Azərbaycan boksçusu 1/4 finala vəsiqə qazandı
İDMAN
16:02 28.07.2021
2082
Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

AZXEBER.COM-un məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan Alfonso Dominges ilk görüşündə özbəkistanlı Dilşodbek Ruzmetovla qarşılaşıb.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Dominges 1/4 finala yüksəlib. Onun bu raunddakı rəqibi türkiyəli Bayram Malkan olacaq. Döyüş iyulun 30-da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan boksçularından daha əvvəl Cavid Çələbiyev (63 kq) və Məhəmməd Abdullayev (+91 kq) 1/8 finala vəsiqə qazanıb. Tayfur Əliyev (57 kq) və Lorenzo Sotomayor (69 kq) isə mübarizəni dayandırıb.
OXŞAR XƏBƏRLƏR