Tokio-2020: Koronavirusa yoluxanların sayı 71-ə çatdı

Tokio-2020: Koronavirusa yoluxanların sayı 71-ə çatdı
İDMAN
09:17 20.07.2021
819
Tokio-2020 Yay Olimpiya Oyunları üçün 17 - 19 iyulda götürülmüş koronavirus testlərinin nəticələri bəlli olub.

AZXEBER.COM-un məlumatına görə, daha 9 nəfərin testi müsbət çıxıb. Həmin şəxslərin adları açıqlanmayıb.

Onlardan biri idmançı, digəri komanda üzvü, başqa biri könüllüdür. İnfeksiya aşkarlanan 6 nəfər isə olimpiadanın işçiləridir.

Beləliklə, Tokio-2020-də koronavirusa yoluxanların sayı 71-ə çatıb.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR