Ukraynalı deputat Jan Belenyuk Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.
AZXEBER.COM-un məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi finalda macarıstanlı Viktor Lorintsə 3:1 hesabı ilə qalib gələrək qızıl medal əldə edib.
Bu, Ukraynanın Tokio-2020-də ilk qızıl medalı olub. O, həmçinin iki dəfə dünya, üç dəfə Avropa çempionluğu, Minsk-2019 II Avropa Oyunlarında qalibiyyət əldə edib.
Qeyd edək ki, Jan Belenyuk 2019-cu il avqustun 29-dan Ukrayna Ali Radasının deputatıdır.