Sərbəst güləşçimiz Hacı Əliyev də yarımfinala vəsiqə qazanıb.
AZXEBER.COM xəbər verir ki, o, ikiqat dünya mükafatçısı, üçqat Asiya çempionu Dövlət Niyazbəyova (Qazaxıstan) 9:1 hesabı ilə qalib gəlib.
Beləliklə, güləşdə səhər seansı başa çatıb. Axşam seansında Azərbaycandan Hacı Əliyev və Mariya Stadnik yarımfinalda qarşılaşacaqlar. Hacının rəqibi üçqat dünya mükafatçısı, ikiqat Asiya çempionu Bacranq Punia (Hindistan), Mariyanınkı ikiqat dünya çempionu Yui Susaki (Yaponiya) olacaq.