Tolik 6 ildir çalışdığı müğənnidən ayrıldı

MAQAZİN
15:08 24.01.2020
7732
Prodüser Tarix Əliyevin 6 ildir ki, çalışdığı müğənni Elton Hüseyəliyev ilə iş birliyi bitib.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda produser özü məlumat verib.
 
Tolik deyib: "Bu qərarı verməyimdə işlə bağlı heç bir problemim olmayıb. Aparıcılıq etdiyimə görə Eltonun bəzi işlərində onun yanında ola bilmədiyimə görə düşünürəm, onun yanında həyat yoldaşı kimi produseri Tamilla xanım var. Bu işin öhdəsindən yetəri qədər gələ bilər.
 
Tolik ad çəkmədən qadın müğənnilərdən birinə də ismarış göndərib: "Kimlərəsə acıq verib Eltondan istifadə edib özünü səviyyəli göstərmə, çünki o səviyyənin sahibi deyilsən və heç vaxtda olmayacaqsan" bunu da bir qadına demək istəyirəm".
 
Nazim Qasımzadə

OXŞAR XƏBƏRLƏR