"Sevdanın 3-lü albomunu ürəyindən keçən məbləğə alan hər bir şəxs Dursun balanın əməliyatına o qədər yardım etmiş olacaq. Allah hamıya kömək olsun, Dursun balamıza da...". Populyar müğənni Sevda Yəhyayeva ilə işbirliyinə başlayan tanınmış prodüser Tolik hər kəsə müraciət ünvanlayıb.AZXEBER.COM-un məlumatına görə, hər zaman maraqlı layihələrə imza atan prodüser bu dəfə xeyriyyə aksiyası təşkil edəcək.24 fevralda "Metropark"da düzənlənəcək xeyriyyə aksiyasında Sevda Yəhyayevanın 3-lü albomu satışa çıxarılacaq. Alboma qiymət qoyulmayacaq. Ürək xəstəliyindən əziyyət çəkən bala Dursuna kömək etmək istəyən hər kəs bu albomu istənilən qiymətə əldə edə biləcək. Satışdan toplanan məbləğ Dursunun əməliyyatı üçün nəzərdə tutulub.