Prodüser Tarix Əliyev (Tolik) Nyu-Yorkda xəstəxanalıq olub.
AZXEBER.COM xəbər verir ki, xəstəxanadan görüntünü o özü paylaşaraq bu sözləri qeyd edib:
"Yazırlar ki, komaya düşmüşəm, xeyr. Analiz verdim. Düzdür, şəkərim çox yüksəkdir. Burada yaşayan azərbaycanlılarımız sağ olsunlar, başda bacım Esmira olmaqla. Xəstəxanaya düşməyimə səbəb Nyu-Yorkda şəkərimin yüksəlməsi oldu".