Sosial şəbəkələrdə teleaparıcı və prodüser Tarix Əliyevin "Tarixin bir günü” verilişinin bağlanması haqda məlumat yayılıb. Bildirilib ki, son günlər sosial şəbəkələrdə aparılan müzakirələr və qalmaqallardan sonra bu qərar verilib. AZXEBER.COM-un əldə etdiyi məlumata görə, bu məlumat həqiqətə uyğun deyil. Veriliş sabah yayımda olacaq. Teleaparıcı özü də verilişinin anonsunu paylaşıb və sabah 09:30-da canlı yayımda olacağını bildirib.