Toni Adams “Qəbələ”dən getdi

İDMAN
11:20 17.11.2011
1594

“Qəbələ” klubunun baş məşqçisi Toni Adams tutduğu postdan istefa verib. “Arsenal”ın əfsanəvi futbolçusunun istefası ilə bağlı klubun mətbuat xidməti məlumat yayb. “Mən Qəbələyə böyük iddiaları olan futbol klubu yaratmağa və təcrübəmi bölüşməyə gəlmişdim. Burada həqiqətən də çox dəyərli vaxt keçirdim və ümid edirəm ki, gələcək üçün lazım olacaq bünövrəni qoya bildim. Ancaq təəssüf ki, ailə vəziyyətimlə əlaqədar, “Qəbələ” klubunu tərk etmək məcburiyyətindəyəm”. Bunu “Qəbələ” klubunun baş məşqçisi postundan istefa verən Toni Adams deyib. 18 ay öncə Qəbələ təmsilçisinin “sükanı arxası”na keçən əfsanəvi britaniyalı bildirib ki, çox gözəl rəhbərliyi və üzvləri olan kollektivdən ayrılmaq çətin olsa da, ailəsi hər zaman daha önəmlidir. “Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərov isə istefa ilə bağlı bunları bildirib: “Toni Adamsa qısa zaman kəsiyində gördüyü böyük işlərə görə təşəkkür edirəm. Məhz, Adamsın köməkliyi və böyük futbol təcrübəsi sayəsində “Qəbələ” Futbol Klubu irəliyə doğru böyük bir addım atdı. Ümid edirəm ki, bizim münasibətlərimiz uzun müddət davam edəcək”. .

OXŞAR XƏBƏRLƏR