Toni Bleyr “A journey” (Bir səyahət) adlanan kitabında qloballaşan dünyada “inanc” mövzusunda daha məlumatlı olmağın vacibliyini vurğulayaraq, bu səbəbdən hər gün mütəmadi olaraq Quran və İncil oxuduğunu qeyd edib.
İngiltərənin keçmiş baş naziri kitabında dünyanı başa düşmək üçün ilahi kitabları oxumağın səmərəli olduğunu bildirib. T.Bleyr Fələstin-İsrail məsələsini də indi dərk etdiyini qeyd edib. “Bəzən baş nazirlik postumdan getdiyim üçün özümü çox qəribə hiss edirəm”,-deyə T.Bleyr sonda vurğulayıb.
/// azadinform.az