Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən danışdı - FOTO

Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən danışdı - FOTO
SOSİAL
14:14 09.11.2021
396
O, müharibə başlamadan əvvəl 2019-cu ilin iyulun 29-da hərbi xidmətə yola düşür. Xidmətə başladıqdan 17 ay sonra Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutur.

Ali Baş Komandanın əmri ilə sentyabrın 27-də Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq, genişmiqyaslı əks-hücum əməliyyatına başlayır və 44 gün davam edən Vətən müharibəsi başlayır.

AZXEBER.COM xəbər verir ki, modern.az qalib ordunun qalib əsgəri, Vətən müharibəsinin unudulmaz ismi, "Topçu" ləqəbi ilə tanınan Vüsal Şahkərimovla həmsöhbət olub.

"İndi ötən ili düşünəndə, xatırlayanda həm kədər, həm də sevinc hissi keçirirəm. Yaxınlarımız, o cür igid oğullar qəhrəmancasına şəhid oldular. Qismət belə imiş... Torpaqlarımızı geri almağımız, qalib olmağımız, 30 illik həsrətə son qoyulması sevinci isə bir başqadır. Onu sözlə ifadə etmək çətindir. Bu sevincdə mənim də payımın olması, o döyüşlərdə Azərbaycan əsgəri kimi iştirak etməyimin qürurunu hələ də yaşayıram", - deyə V.Şahkərimov qeyd edib.

Vüsal döyüşlərə ilk olaraq Füzuli rayonundan başladıqlarını deyir:

"Daha sonra Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etdim. Sonda hərbi hissəmizi Şuşaya köçürdülər. Döyüşlər bitəndən sonra 2021-ci ilin iyul ayının 1-də Şuşadan tərxis olundum. Altı ay artıq, toplamda 24 ay hərbi xidmət göstərdim. Bununla da ayrıca qürur duyuram".

Bir il bundan öncə hər kəsin fəxrlə paylaşdığı fotonu, yəqin ki, xatırlayırsınız. Bəli, "Topçu" ləqəbini ona qazandıran həmin fotonun çəkilmə anını xatırlayır, qəhrəmanımız:

"Döyüşlərdə topu baş tuşlayıcı kimi atırdım. Bu səhnə təsadüfi epizoddan yaranıb. Kadrlar Qubadlının Sarıyataq kəndində döyüş zamanı lentə alınıb. Həmin gün Müdafiə Nazirliyinin çəkiliş qrupu ərazidə həyata keçirilən döyüş taktikalarını çəkirdi.

Hər bir əsgər üzərinə düşən missiyanı yerinə yetirməyə çalışırdı. Mənim də fikrim topu sərrast işlətməyimin yanında idi. Belə vaxtlarda nə çəkiliş qrupunun, nə də əsgərlərin bir-birinə yaxınlaşmağa icazəsi vardı.

Elə bu anda belə bir maraqlı, təsadüfi epizod yarandı".

Bir müddət sonra həmin məşhur fotonu ondan icazəsiz spirtli içkilərin üzərinə vururlar. Bundan xəbəri olanda isə dərhal etiraz edir:
 
"Həmin vaxt mən Qubadlı rayonunda idim, döyüş bitmişdi. Zəng edib mənə deyəndə bildirdim ki, şəklimin spirtli içkilərdə olmasını istəmirəm. Etiraz edəndən sonra yığışdırdılar".

Qalibiyyətə qədər müharibə həm də təhlükə, ölüm, həyəcan hissi yaşadır... 

"Döyüşə səfərbərliklə gələnlərlə birgə başladıq. İlk başladığımız gün qorxu yox, az müddət həyəcan oldu. Sonra alışdıq. Füzuli rayonunda döyüşlərin birində unuda bilmədiyim bir hadisə yaşadım. Düşmən ordusu yerimizi tapmışdı. Dayanmadan mərmi yağdırırdılar. Qəlpə səfərbərliklə gələn əsgər yoldaşımın belinə dəydi. O an dostuma nəsə olar deyə çox qorxdum. Şükür Allaha, ciddi xəsarət almadı. Bizim diviziyada şəhid yox, yaralılar oldu. İndi hamımızın bir-birimizlə əlaqəmiz var. Yeri gələndə görüşürük də".

Topçu Vüsal qələbədə onun da payının olmasını necə bir hiss olduğunu sözlə ifadə etməkdə çətinlik çəkdiyini etiraf edir:

"Qısacası deyim ki, böyük qürur hissidir. Kimlərinsə yanında söhbət edəndə Azərbaycan oğlu, əsgər olaraq müharibədə iştirak etdiyim üçün fəxr edirəm".

Qəhrəmanımız Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün medallarla təltif olunub.

Hamımızın Topçu Vüsal kimi tanıdığı qəhrəmanımız hazırda Xaçmaz rayon Fövqəladə Hallar Nazirliyinin dəftərxanasında kargüzar kimi çalışır.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi