Topçubaşov haqqında sənədli film çəkildi

MARAQLI
19:40 16.11.2011
1698

Akademik Mustafa bəy Topçubaşov haqqında sənədli film çəkilib

Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində xalq artisti, rejissor Yalçın Əfəndiyevin “Yaddaş” sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkdiyi “Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a bildiriblər ki, film Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri olan akademik Mustafa bəy Topçubaşovun həyatı və fəaliyyətindən bəhs edir. Filmin ssenari müəllifləri Nadejda İsmayılova, Yalçın Əfəndiyev, rejissoru Yalçın Əfəndiyev, operatoru Adil Abbas, səs rejissoru Teymur Abdullayevdir.

OXŞAR XƏBƏRLƏR