Topqapı Sarayının həyətində yerləşən tarixi restoranın damında yanğın baş verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən saat üç radələrində Topqapı Sarayının "Bab-ı Hümayun” həyətində restoran kimi istifadə edilən tarixi binada naməlum səbəbdən yanğın baş verib.
Yanğın qısa zamanda bütün dam örtüyünə keçib.
Tarixi binanın damında başlayan yanğın uzun səylərdən sonra söndürülüb.
Milli Saraylar yanğınsöndürmə idarəsindən restoran kimi fəaliyyət göstərən binanın damında baş verən yanğınla bağlı açıqlama verilib.
Bildirilib ki, İstanbul xilasetmə qruplarının müdaxiləsi ilə yanğın 1 saat ərzində tamamilə söndürülüb. Yanğından sonra restoran binasına dəyən ziyanla bağlı işlər aparılmağa başlanıb.
Bu gündən etibarən Topkapı Sarayında muzey və ziyarət fəaliyyətlərinin normal şəkildə davam edəcəyi deyilib.
Şəbnəm