“Tor” 2014-cü ilin ən seksual kişisi oldu - FOTOLAR

MAQAZİN
15:34 19.11.2014
2521

Hemsvort və Patakinin üç uşaqları var.

Tamaşaçılara “Qisasçılar” və “Yarış” filmlərindən tanış olan avstraliyalı aktyor Kris Hemsvort, People jurnalının versiyasına görə ən seksual kişidir.

31 yaşlı Hemsvort və onun 38 yaşlı həyat yoldaşı ispan aktrisası və model Elza Pataki, bu titulun ona verilməsi barədə xəbəri “yetərincə məzəli” kimi qəbul ediblər.

Aktyor zarafatca deyib ki, indi o, bir neçə həftə ərzində arvadına qab yumaq və uşaq bezi dəyişdirməyin onun işi olmadığını, onun bunlardan “yüksəkdə” olduğunu deyə bilər. Hemsvort və Patakinin İndiya adlı qızları və səkkiz aylıq əkizləri - Saşa və Tristan adlı üç uşaqları var.

2013-cü ildə People-nin versiyasına görə ən seksual kişi amerikan qrupu Maroon5-in lideri Adam Levin idi. Daha öncə isə bu titul amerikalı aktyor Çenninq Tatuma məxsus idi.

OXŞAR XƏBƏRLƏR