Tornado ölümə səbəb olub.
AZXEBER.COM xəbər verir ki, Çinin şərqindəki Jiangsu əyalətinin Suqian şəhərində tornado baş verib. Daxing və Nancai rayonlarında təsirli olan tornado səbəbindən avtomobillər uçub, elektrik xətləri sıradan çıxıb.
Tornadonun yaratdığı qəzalarda 4 nəfərin öldüyü, 5 nəfərin yaralandığı və xəstəxanaya yerləşdirildiyi açıqlanıb.
İlkin məlumata görə, tornadodan 5512 nəfər zərər çəkib, 1646 evə ziyan dəyib, 405 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.
Gülay