Dünən səhər saatlarında Bakının Nizami küçəsi ("Tarqovıy" məhəllə adlanan ərazi) 50 ünvanının qarşısında meyiti tapılan gəncin şəxsiyyəti müəyyənləşdirilib.
Ölən şəxsin Abbasqulu Abbaszadə küçəsində yaşayan 1986-cı il təvəllüdlü Mikayılov Rasim Sərdar oğlu olması müəyyən edilib. Ölən şəxsin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Onun ölüm səbəbini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.
///Lent.az