Toğrul Əsgərovdan möhtəşəm - QƏLƏBƏ

İDMAN
20:05 17.06.2015
3547
Qızıl medallarımızın sayı 9 oldu.
Olimpiya çempionumuz Toğrul Əsgərov Avropa Oyunlarının da qalibi olub.
AZXEBER.COM xəbər verir ki, finala aparan yolda həmyerlimiz rusiyalı İlyas Bekbulatovu (8:7), moldovalı Mixail Savanı (10:0), fransalı Maksim Fiqueni (10:0) və yarımfinal mərhələsində belaruslu Azamat Nurikovu (7:2) məğlub edib.
Həlledici görüşdə Əsgərov Frank Kamizo Marqueslə (İtaliya) üz-üzə gəlib. London Olimpiadasından sonra ən yaxşı formasında olan idmançımız son döyüşünü də qələbə ilə başa vurub. Toğrul hesabda 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, ilk hissədəcə cütün taleyini həll edib. Təmiz qələbə qazanan Olimpiya çempionumuz qızıl medallarımızın sayını 9-a, ümumilikdə isə mükafatlarımızın sayını 20-yə çatdırıb.
OXŞAR XƏBƏRLƏR