“Tosu gecə durub dedi ki su ver, elə onda da...” – Tosu Zəngilanlının dəfnindən VİDEOREPORTAJ

“Tosu gecə durub dedi ki su ver, elə onda da...” – Tosu Zəngilanlının dəfnindən VİDEOREPORTAJ
SOSİAL
18:50 31.05.2022
14602

Xəbər verdiyimiz kimi, "Tosu Zəngilanlı” kimi tanınan tiktok fenomeni mərhum Əbülfəz Abbasovun bu gün dəfn edilib.

AZXEBER.COM əməkdaşları mərhumun dəfn mərasimində iştirak ediblər. Əbülfəz Abbasovun qardaşı özəl olaraq onun vəfatının təfərrüatlarını əməkdaşlarımızla bölüşüb:"Qardaşım səhər yuxudan durdu və məndən su istədi. Nəfəs alma problemi olduğu üçün onu tez-tez yoxlayırdım. 1 saat sonra yenidən onu yoxlamağa gələndə gördüm ki, artıq keçinib. Bəzi saytlar Tosunun narkotik istifadə etməsi və ya atasının olmaması haqda yazırlar. Tosu ümumiyyətlə narkotik istifadə etməyib. Atası da sağdır. Dünən axşam toyda olub. Amma spirtli içki qəbul etməyib. Ciyərlərində və bronxlarında problem olduğu üçün nəfəs alması da problemli idi”.

Mərhumun nəşi yaşadığı Zəngilan şəhərciyindən Biləcəri qəbiristanlığına aparılıb və orada da dəfn edilib.

Qeyd edək ki, mərhumun anası ötən il koronavirusdan vəfat etmişdi.

Müxbir: Oksana Orucova

Video: Hüseyn Həsənov

OXŞAR XƏBƏRLƏR