Dekabrın 18-də “Baku Crystal Hall”da ötən illərin İtaliya estradasının onlarla əfsanəvi ifaçılarının iştirakı ilə “San-Remo festivalının ulduzları Bakıda” adlı konsert keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, konsert proqramında Al Bano, Toto Kutunyo, Pupo, “Matia Bazar”, Rikkardo Foli, “Rikki e Poveri”, Toni Espozito, Umberto Totsi, Mariya Fiordalizo və İvan Spaqn çıxış edəcək.Konsertin Instagram-da olan rəsmi səhifəsində əfsanəvi italiyalı sənətçisi Toto Kutunyonun azərbaycanlı pərəstişkarlarına video-müraciəti yerləşdirilib.Müraciətdə Toto Kutunyo pərəstişkarlarını Bakıda keçiriləcək San-Remo konsertinə gəlməyə dəvət edir.Xatırladaq ki, konsert proqramı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq.