"Tottenhem"dən Eriksenə yeni müqavilə - həftəlik 200 min avro

"Tottenhem"dən Eriksenə yeni müqavilə - həftəlik 200 min avro
İDMAN
23:52 20.07.2019
16326
"Tottenhem" aparıcı futbolçusu Kristian Erikseni komandada saxlamaq istəyir.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, London klubu danimarkalı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib. Əgər 27 yaşlı oyunçu komandada qalmağa razılıq versə, həftəlik gəliri 200 min funt-sterlinq təşkil edəcək.

Qeyd edək ki, Eriksenin "Tottenhem"lə 2020-ci ilin yayına qədər sözləşməsi var. Təcrübəli futbolçunun hazırkı qazancı həftəlik 80 min funtdur.
OXŞAR XƏBƏRLƏR