Tovuz döyüşlərində “Harop” PUA-ları ilə düşmənin mövqeləri dağıdılıb - YENİ GÖRÜNTÜLƏR

Tovuz döyüşlərində “Harop” PUA-ları ilə düşmənin mövqeləri dağıdılıb - YENİ GÖRÜNTÜLƏR
SİYASƏT
14:39 12.07.2023
300
Dövlət Sərhəd Xidməti (DSX) Tovuz döyüşlərində düşmənin mövqelərinin məhv edilməsinin yeni görüntülərini yayıb.

AZXEBER.COM-un məlumatına görə, görüntülərdən məlum olur ki, gecə döyüşü zamanı ermənilərin hərbi hissəsinin qərargahına "Harop” pilotsuz uçuş aparatından dəqiq zərbələr endirilib.

Eyni zamanda düşmənin silah-sursat anbarı "Harop” vasitəsi ilə dağıdılıb.

Gündüz döyüşləri zamanı isə ermənilərin dayaq məntəqəsi və avtomobili "Harop” vasitəsilə məhv edilib.
 

OXŞAR XƏBƏRLƏR