Tovuz və Goranboyda piyadaları avtomobil vurub

Tovuz və Goranboyda piyadaları avtomobil vurub
HADİSƏ
00:01 30.09.2024
399
Tovuz və Goranboy rayonlarında piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayonunda 1940-cı il təvəllüdlü C.Mehdiyevi avtomobil vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Goranboy rayonunda da piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Belə ki, 2005-ci il təvəllüdlü R. Pənəhovu minik avtomobili vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR