Tovuz rayonunda 37 yaşlı qadını ilan sancıb.
Bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib. Kənd sakini, 1980-ci il təvəllüdlü Hüseynova Kəmalə Sabir qızını həyətlərində ilan sancıb.
Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və travmatologiya şöbəsinə yerləşdirilib.
Hazırda qadının vəziyyəti orta ağır qiymətləndirilir