Tovuzda 4 otaqlı ev yandı

Tovuzda 4 otaqlı ev yandı
HADİSƏ
00:02 26.09.2025
106
Tovuzda yanğın hadisəsi baş verib.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. Kənd sakininə məxsus 185 kvadratmetr sahəsi olan evdə yanğın olub. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib.
 
Yanğın zamanı  evin 125 kvadratmetri əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yaxınlıqda olan evlər yağından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR