Tovuzda 52 yaşlı kişi öldürüldü

Tovuzda 52 yaşlı kişi öldürüldü
SOSİAL
13:51 28.07.2025
128
Tovuzda bıçaq xəsarəti alan kişi xəstəxanada ölüb, şübhəli saxlanılıb.

Əyyublu kəndində 1973-cu il təvəllüdlü Vasif Əsgərov bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elcan Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR