Tovuzda ağır qəza: yaralılar var

Tovuzda ağır qəza: yaralılar var
SOSİAL
12:02 14.10.2018
8434
Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM report-a istinadən bildirir ki, hadisə rayonun İbrahimhacılı kəndi ərazisində yerləşən yeməkxanaların birinin qarşısında qeydə alınıb.

Avtoqəza nəticəsində rayon sakinləri - Rövşən Məmmədov və onun qohumu, 1996-cı il təvəllüdlü Nizaməddin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan R.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR