Tovuzda ağır yol qəzası ölümlə nəticələndi

İQTİSADİYYAT
21:11 03.04.2013
1860

Tovuzda baş verən qəzada bir nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Bu barədə məlumatı Tovuz rayon Polis Şöbəsindən veriblər. Məlumata görə, Bakı-Qazax magistral yolunun Tovuz rayonundan keçən hissəsində rayon sakini Zaur Cəfərov idarə etdiyi “VAZ 21-06” markalı avtomobili yolun kənarındakı beton dirəyə çırpıb.Hadisə zamanı maşında olan sərnişin, Tovuz rayon sakini Mədət Əliyev dünyasını dəyişib.Sürücü və avtomobildə olan digər 5 sərnişin ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR