Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən Tovuz rayon sakini, 46 yaşlı A. Əsgərovu vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
///apa.az///











































