Tovuzda avtomobil traktorun qoşqusuna çırpılıb, sürücü ölüb

Tovuzda avtomobil traktorun qoşqusuna çırpılıb, sürücü ölüb
SOSİAL
23:31 09.03.2025
281
Tovuzda rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM-un "Report”a istinadən məlumatına görə, hadisə Tovuz rayonunun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmovun idarə etdiyi "VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan traktorun qoşqusuna çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR