Tovuz rayonunda döyülmə faktı qeydə alınıb.
AZXEBER.COM APA-ya istinadən verdiyi məlumata görə, hadisə Kür çayının sahilində qeydə alınıb. Orada qoyun otaran Əlimərdanlı kənd sakini 1976-cı il təvəllüdlü Pərviz Qasımov başqa bir şəxslə mübahisə zəminində döyülüb. Müxtəlif bədən xəsarətləri alan çoban xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.