Tovuzda dəhşətli qəzada xəsarət alan yeniyetmə öldü

SOSİAL
16:26 28.11.2024
236
Tovuzda baş verən dəhşətli qəzada ağır xəsarət alan yeniyetmə Gəncədə yerləşən xəstəxanada ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, iki avtomobilin toqquşması zamanı xəsarət alan 13 yaşlı Zaur Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki hərəkətdə olan "Mercedes" ilə "VAZ 2106 " markalı minik maşınları toqquşub. Qəza zamanı 5-i hərbiçi olmaqla 6 nəfər hadisə yerində ölüb.

Artıq ağır qəza ilə bağlı cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR