Tovuzda yol nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun girişində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ 2017” və "OPEL” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 1 azyaşlı olmaqla 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Xəsarət alanlar 2006-cı il təvəllüdlü B. Huseynov, 1982-ci il təvəllüdlü A. Əliyev, 1978-ci il təvəllüdlü E. Ələsgərov, 2006-cı il təvəllüdlü R. Qasımov, 2009-cu il təvəllüdlü H. Abdullayev və 2020-cı il təvəllüdlü R. Rüstəmovdur.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
/APA