Ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı qızın meyiti tapılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, 2019-cu il noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kəndində yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb, araşdırma aparılır.