Tovuzda itkin düşmüş 10 yaşlı qızın yandırılmış meyiti tapıldı - FOTO

Tovuzda itkin düşmüş 10 yaşlı qızın yandırılmış meyiti tapıldı - FOTO
SOSİAL
23:50 06.01.2020
13142

Ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı qızın meyiti tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 2019-cu il noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kəndində yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb, araşdırma aparılır.

 



OXŞAR XƏBƏRLƏR