Tovuzda kafedə bıçaqlanma hadisəsi baş verib

Tovuzda kafedə bıçaqlanma hadisəsi baş verib
HADİSƏ
23:24 26.10.2025
111
Tovuz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, insident rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkən dərhal əməliyyat edilib, həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR