AZXEBER.COM-un Oxu.Az-a istinadən məlumatına görə, hadisə şəhər ərazisindəki orta məktəblərdən birində baş verib.
Bu hadisədən əsəbiləşən Jalə evdən çıxaraq yaxınlıqdakı orta məktəbə uşaqlarını gətirməyə gedib. Elvin əsəbi vəziyyətdə onun arxasınca gedərək orta məktəbdə həyat yoldaşını yaxalayıb. O, Jaləni orta məktəbin müəllim və şagird kollektivi qarşısında döyüb, ona xəsarətlər yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər, E.Məmmədov saxlanılıb, faktla bağlı protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.











































